Şəhid qardaşının pulu bu cür oğurlandı

Şəhid qardaşının pulu bu cür oğurlandı

Şəhid Səbuhi Əhmədovun qardaşına qarşı dələduzluq edilib.

AzerTimes xəbər verir ki, bununla bağlı kibertəhlükəsizlik üzrə ekspert Fərid Pərdəşünas məlumat yayıb.

O bildirib ki, şəhidin qardaşı Sənan Əhmədova xarici nömrədən gələn zənglə yardım ediləcəyi deyilib və kart məlumatları istənilib.

“Kart məlumatlarını verdikdən sonra Sənandan 3D təhlükəsizlik kodu da alınıb. Nəticədə kartda olan bütün pullar oğurlanıb. Polis məsələni araşdırır. Lakin ehtimal edirəm ki, dələduzluq yenə də ölkə xaricindən baş verib və geri qayıtma ehtimalı çox azdır. Dələduz özünü bloger Hüseyn Həsənovun qohumu kimi təqdim edib. Sənanı aldatmaq üçün “Getcontact”da zəng etdiyi nömrəni “Quseyn Qasanovun Qoxumu” kimi qeyd edib”, – Pərdəşünas deyib.

Teqlər: