Nikol Soçidə baş qatacaq, qayıdan kimi isə…

Nikol Soçidə baş qatacaq, qayıdan kimi isə…

Ermənistanla Azərbaycan arasında mümkün sülh müqaviləsinin “Vaşinqton variant”ı uzun müddətdir ki, ortalıqda “dolaşır”. Doğrudur, hələ də rəsmi təsdiq yoxdur, lakin sənədin təkzib edilməməsi özlüyündə onun real olmasının bir göstəricisidir. Təsadüfi deyil ki, Paşinyan, Əliyev və Ərdoğan arasında danışıqların əsas mövzusu Praqada məhz bu sənədlə bağlı olub. Hətta Astanada keçirilən görüş zamanı Azərbaycan Prezidenti konkret olaraq bu variantın Praqada müzakirə olunduğuna eyham vurub.

AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Qeyd olunur ki, Ermənistan bu müqavilə ilə Qarabağdakı ermənilərin hüquqlarını qorumaqdan imtina edir:

“Qarabağa heç bir status verilmir. Artıq İlham Əliyev dəfələrlə açıq şəkildə bəyan edib ki, burada yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Ehtimal var ki, Qərbin vasitəçiliyi ilə aparılan danışıqlarda müqavilə ilin sonuna qədər imzalanacaq.

Barışıq sazişinin erkən imzalanması ilə bağlı söhbətlərə paralel olaraq, Əliyev, Putin və Paşinyan Soçidə görüşəcəklər. Bu görüşlə bağlı əsas nüansları nəzərə alsaq, yəqin ki, hadisələrlə bağlı bir neçə versiya olacaq. Ermənistan hakimiyyətinin can atdığı mümkün ssenarilərdən biri odur ki, Soçidə mümkün görüş sadəcə “protokol” olacaq və Paşinyan qayıdan kimi Putinin arxasınca dərhal “Vaşinqton sənədi”ni imzalayacaq. Lakin digər tərəfdən, ehtimal etmək olar ki, Rusiya öz təsir imkanlarından o qədər də asanlıqla əl çəkməyəcək və öz maraqlarını sona qədər müdafiə edəcək. Beləliklə, Soçi görüşü bir neçə mümkün nəticə ilə dönüş nöqtəsi ola bilər. Bütün bunlarda Ermənistan hakimiyyətinin mövqeyi daha diqqət çəkir. Xüsusilə son dövrlərdə Ermənistan hökumətinin antirusiya təbliğatının dozasının görünməmiş şəkildə artması nəzərə çarpır. Zatulin, eləcə də Marqarita Simonyan İrəvanda arzuolunmaz şəxs kimi tanınır. Bu kontekstdə antirusiya əhval-ruhiyyəsi qızışdırılır. Rusların Paşinyanın demarşlarına göz yumacağını demək Rusiyanı zəif tanımaq deməkdir”.

Teqlər: