Şəhid qardaşı faciəvi şəkildə öldü

Şəhid qardaşı faciəvi şəkildə öldü

Şəhid qardaşı avtomobil qəzasının qurbanı olub.

AzerTimes Modern.az-a istinadən xəbər verir ki, hadisə Tovuz rayonu ərazisində yerləşən mal-qara bazarında baş verib.

Məlumata görə, rayon sakini Asim Hacımahmudovun idarə etdiyi “Volqa” markalı avtomobil sərt enişli torpaq yolda sürüşərək sürətlə bazara daxil olub. Həmin vaxt bazarda olan 5 nəfəri maşın vurub. Onlardan biri Hümmət Ülfət oğlu Əliyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, qəzada həlak olan 2001-ci il təvəllüdlü Hümmət Əliyev Vətən müharibəsi şəhidi Əmrah Əliyevin qardaşıdır.

Hazırda faktla bağlı araşdırma aparılır.

Teqlər: