Şəhid övladları Zəfər yarmarkasında olublar (FOTO)

Xəbər - Samir Əli – Trend:

“YAŞAT” Fondunun “Zəfər” Yarmarkası çərçivəsində şəhidlərimizin övladları onlar üçün qurulan səhra yəməkxanasında əsgər yeməyindən dadıblar.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, yarmarka çərçivəsində, həmçinin “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramı çərçivəsində “Dəmir Yumruq” kompozisiyası səhnələşdirilib.

29 oktyabr – 9 noyabr tarixini əhatə edəcək Yarmarka “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutur.

Yarmarkadan əldə olunacaq vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə ediləcək.

Teqlər: