Şəhid övladı müalicə üçün Türkiyəyə göndərildi – Foto

Şəhid övladı müalicə üçün Türkiyəyə göndərildi – Foto

Vətən müharibəsi şəhidinin övladı müalicə üçün Türkiyəyə göndərilib.

AzerTimes TƏBİB-ə istinadən xəbər verir ki, bir müddət əvvəl Vətən müharibəsi şəhidi Seymur Ələsgərovun 3 yaşlı övladı Eldar Ələsgərov səhhətində yaranan problemlərlə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

E.Ələsgərova xəstəxana tərəfindən göstərilə biləcək bütün zəruri tibbi xidmətlər icra edilib, daha sonra müalicəsinin davamı üçün ixtisaslaşmış özəl tibb müəssisəsinə yönləndirilib.

Mütəxəssislər tərəfindən verilən rəyə əsasən, şəhidimizin övladının müalicəsinin ölkədə davam etdirilməsinin mümkün olmaması və müalicənin davamının Türkiyə Respublikasında aparılması tövsiyə olunub.

Vəziyyətin ciddiyəti nəzərə alınaraq Eldar Ələsgərov onun üçün xüsusi ayrılan ambulans təyyarə ilə “YAŞAT” Fondu tərəfindən Türkiyə Respublikasına aparılıb.

Teqlər: