Şəhid məzunumuz Rauf İbadovun xatirəsinə həsr olunmuş bilik yarışı keçirillib (FOTO)

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) şəhid məzunu Rauf İbadovun anım gününə həsr olunmuş intellektual bilik yarışı keçirilib. Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə keçirilən yarışda Raufun atası Məhərrəm İbadov, tələbəsi olduğu İnşaat-texnologiya fakültəsinin dekanı Tahirə Haqverdiyeva və bütün fakültələrdən tələbələr iştirak edib.

Yarışdan əvvəl 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhlarına dualar oxunub. AzMİU THİK-in sədri Bayram Aslanov, dekan Tahirə Haqverdiyeva gənclərə şəhidlərimizin keçdiyi yolu örnək götürməyi, Vətəni onlar kimi sevməyi, onlar kimi qorumağı tövsiyə ediblər. Məhərrəm İbadov da şəhidlərə göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə, dekana, THİK-ə təşəkkür edib, gənclərə yarışda uğurlar arzulayıb.


Böyük həyəcan və maraqla keçən yarışda təəbələr komandalar şəklində mübarizə aparıblar. Birinci yerə Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri, 2-ci yerə İnşaat, 3-cü yerə Memarlıq fakültəsinin komandası çıxıb. Qaliblərə diplomlar və hədiyyələr təqdim olunub.

Teqlər: