Şəhid ailələri Cəlal Qurbanova hədiyyə təqdim etdi – Video

Şəhid ailələri Cəlal Qurbanova hədiyyə təqdim etdi – Video

“Fire Land Production”un rəhbəri, vətənpərvərlik mahnılarının söz yazarı kimi tanınan Cəlal Qurbanova həyata keçirdiyi layihələrə görə təşəkkür əlaməti olaraq şəhid ailələri adından hədiyyə təqdim edilib.

AzerTimes xəbər verir ki, “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” adlı layihələrin rəhbəri olmuş Cəlal Qurbanov sosial mediada şəhid ailələrinin bəxş etdiyi hədiyyədən çox təsirləndiyini bildirib.

“Mənim üçün bütün hədiyyələr dəyərlidir. Amma bu hədiyyə yəqin ki, hər kəsi kövrəldərdi. Şəhid ailələri sayəsində mənim ruhumun şəhid ruhları ilə görüşüb halallaşdığını hiss etdim. Mən onlardan mənəvi sakitliyim üçün halallıq istədim. Onların adından mənə ünvanlanan bu mükafatda, bu cümlələrdə şəhidlərin səsini duymağı arzu etdim. Burada yazılan bir cümləyə ürək sözüm var. Qəhrəmanların qəhrəmanı yalnız onların əmanətləridir. Çünki sizin kimi qəhrəman canların itkisindən sonra ayaqda durmaq onlar üçün çox çətindir. Bunu anladığım üçün etdiyim hər şeyi özümə borc, sizin etdiklərinizin qarşısında isə zərrə hesab edirəm. Yeriniz qəlbimizdədir! Siz bizim əbədi yaşar qəhrəmanlarımızsınız!”, – deyə paylaşımında qeyd edib.

Xatırladaq ki, şəhidlərimiz Əliyev Raufun, Səfərov Məmmədağanın və Tarıverdiyev Nicatın ailəsi Cəlal Qurbanova hədiyyə plaket bağışlayıblar.

Teqlər: