Şəhəri ələ keçirməyə çalışan terrorçular məhv edildi

Şəhəri ələ keçirməyə çalışan terrorçular məhv edildi

Burkina-Faso ordusu Konqusi bölgəsində (Bam əyalətinin şimalı) Kurpele şəhərini ələ keçirmək üçün hücuma cəhd edən bir qrup silahlı terrorçunu məhv edib.

AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Yaraqlılar kəndə uğursuz hücumdan sonra meşədə gizlənməyə çalışıblar. Bununla belə, hərbçilər kəşfiyyat aparatlarının köməyi ilə terrorçuların yerini müəyyənləşdirə bilib və onlara dəqiq raket zərbəsi endiriblər.

Bildirilib ki, hakimiyyət terrorçular tam məhv edilənə qədər onları təqib etmək niyyətindədir.

Teqlər: