Səfirliyimizə hücumun məsuliyyəti bu ölkənindir – Zülfüqarov

Səfirliyimizə hücumun məsuliyyəti bu ölkənindir – Zülfüqarov

Burada məsuliyyət İngiltərənin üzərinə düşür. Çünki orada fəaliyyət göstərən radikal dini qrup İngiltərə təhlükəsizlik qüvvələrinin boşluğundan və zəifliyindən istifadə edərək səfirliyimizə hücum ediblər.

Bu sözləri AzerTimes-a dünən ölkəmizin Britaniya və Şimali İrlandiyadakı səfirliyinə “Mehdi qulluqçuları” birliyi adlı radikal dini qruplaşmanın hücumu haqqında danışan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Diplomat Britaniyanın Azərbaycan səfirliyinin təhlükəsizliyini təmin etməli olduğunu vurğulayıb:

“Dövlətlər öz ərazilərində fəaliyyət göstərən diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmini ilə bağlı üzərlərinə öhdəlik götürür. Ona görə, sözügedən qrup və digər radikal dəstələrin fəaliyyəti ciddi nəzarətdə olmalıdır. Bildiyim qədəri ilə bəhs etdiyimiz radikal qrup dəfələrlə müxtəlif yerlərə basqın edərək şüarlar səsləndirmək və s. yollarla öz varlıqlarını göstərmək istəyib. Gələcəkdə belə halların bir də təkrarlanmaması üçün Britaniyaya ciddi şəkildə iradımızı bildirməliyik”.

Teqlər: