Səfirliyimizə hücum: Şəhidimizin 40 mərasimi keçirilir – Foto

Səfirliyimizə hücum: Şəhidimizin 40 mərasimi keçirilir – Foto

İrandakı səfirliyimizə silahlı hücum nəticəsində şəhid olan səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun 40 mərasimi keçirilir.

AzerTimes xəbər verir ki, mərasimdə onun yaxınları, bir sıra rəhbər şəxlər, o cümlədən deputat Naqif Həmzəyev iştirak edir.

Qeyd edək ki, Orxan Əsgərov Tehrandakı səfirliyimizə 27 yanvar tarixində edilən terror hücumu nəticəsində qətlə yetirilmişdi.

Teqlər: