İrandakı səfirliyimizə silahlı hücum nəticəsində şəhid olan səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun 40 mərasimi keçirilir.
AzerTimes xəbər verir ki, mərasimdə onun yaxınları, bir sıra rəhbər şəxlər, o cümlədən deputat Naqif Həmzəyev iştirak edir.
Qeyd edək ki, Orxan Əsgərov Tehrandakı səfirliyimizə 27 yanvar tarixində edilən terror hücumu nəticəsində qətlə yetirilmişdi.