Almaniya hökuməti hərbi yardım baxımından Ukraynanı “pəhrizdə” saxlayır.
AzerTimes xəbər verir ki, bu sözləri Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik Berlinin Kiyevə hərbi yardımının kifayət qədər olmamasını əsas gətirərək deyib.
“Hörmətli “işıqfor koalisiyası”, Ukraynaya daha hərbi yardımın göstərilməsi ilə bağlı çağırışları nə üçün gözardı edirsiniz? Kiyev nə üçün hərbi münasibətdə tərk edilib? Pəhrizdədir”, – deyə səfir bildirib.