Rusiyada ağır qəza: 16 nəfər öldü

Rusiyada ağır qəza: 16 nəfər öldü

Rusiyanın Ulyanovsk vilayətində mikroavtobusun qəzaya uğraması nəticəsində azı 16 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hadisə vilayətin Nikolayevsk rayonunda, M-5 Ural avtomobil yolunun 809-cu km-də qeydə alınıb.

Məlumata görə, ağır yük maşınının sürücüsü qarşıdan gələn zolağa çıxaraq mikroavtobusla toqquşub.

İlkin məlumata görə, Ulyanovsk vilayətində qəzaya uğrayan mikroavtobusda Qazaxıstan vətəndaşları olub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir və hadisənin səbəbləri araşdırılır.

Teqlər: