Səddamın İŞİD-çi qohumu İraqa ekstradisiya edildi

Səddamın İŞİD-çi qohumu İraqa ekstradisiya edildi

Livan Səddam Hüseynin qohumu, İŞİD-in törətdiyi qətliamda iştirak etməkdə ittiham olunan Abdulla Səbavini İraqa ekstradisiya edib.

AzerTimes xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” məlumat yayıb.

1994-cü il təvəllüdlü Abdulla Səbavi 2014-cü ildə İŞİD-in İraq Hərbi Hava Qüvvələrinin 1700-ə qədər kursantını edam etdiyi Şpayher qətliamında iştirak etməkdə ittiham olunur. Səbavi İnterpolun sorğusu ilə iyunun 11-də saxlanılıb. Bundan sonra İraq onun ekstradisiyasını tələb edib.

Səbavinin ailəsi bu ittihamı rədd edir. Yaxınlarının dediyinə görə, o, qətliam zamanı Yəməndə olub.

Teqlər: