MDB-nin Baş katibi və təşkilatın müşahidə missiyasının rəhbəri Sergey Lebedev Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib.
AzerTimes xəbər verir ki, brifinqdə Sergey Lebedev səriştəli və dəqiq işə görə təşəkkür edib.
“Keçirilən prezident seçkilərində 160-dan çox MDB nümayəndəsi iştirak edib. Missiyada yalnız Ermənistan, Moldova və Ukrayna nümayəndələri yoxdur. İlk növbədə seçici aktivliyini vurğulamaq istərdik. Müşahidəçilərimiz artıq neçə həftədir ki, Bakıdadılar. Seçkilər çox yüksək səviyyədə təşkil olunub. İnsanların üzü gülürdü. Azərbaycanlı seçici və müşahidəçilərlə söhbətlər aparırdım. Hər biri çox səmimi idilər. Postsovet məkanında keçirilən ən davamlı və şəfaf seçki idi. Bütün namizədlər xalqla çox səmimi söhbətlər aparırdılar. Keçirilən müşahidələr nəticəsində seçki azad, şəffaf və qanunlara uyğun keçirilib”.