Səbinə Əliyeva erməniləri qorumalıdır – Millət vəkili

Səbinə Əliyeva erməniləri qorumalıdır – Millət vəkili

Dekabrın 23-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üztərəfli görüş keçirilməli və sülh müqaviləsi müzakirə edilməli idi. Lakin Ermənistanın xarici işlər naziri bundan imtina etdi.

AzerTimes xəbər verir ki, bunu parlamentin plenar iclasında çıxışı zamanı millət vəkili Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, Ermənistan Laçın yolundakı vəziyyətlə bağlı istədiyini əldə etmədiyinə görə narahatdır, ona görə də sülh danışıqlarını pozur:

“QHT və könüllülərin təşkil etdiyi etiraz aksiyası öz effektini verməyə başlayıb. Artıq kriminal Ruben Vardanyanın ora niyə getdiyi ifşa olunub. Qarabağ ermənilərindən dəstək ala bilməyən və revanşistləri Xankəndiyə gətirə bilməyən Vardanyan dekabrın 17-nə təyin etdiyi mitinqi də təxirə saldı. Xankəndidəki ermənilər Ermənistan polisinin təzyiqlərinə, zorakılığına məruz qalıb. Ona görə də Azərbaycan ombudsmanı (Səbinə Əliyeva – red.) Qarabağdakı ermənilərin hüquqlarını müdafiə etməlidir və bunu bütün dünya görməlidir”.

Teqlər: