Səbəbsiz müraciətlər təcili yardımı gecikdirir – Stansiya

Xəbər - Çingiz Səfərli -Trend:

Təcili yardıma səbəbsiz müraciətlərin çoxluğu ağırsəbəbli çağırışların gecikməsinə gətirib çıxarır.

AzerTimes-ın məlumatına görə, bunu Bakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkiminin müavini Nuridə Fərzəliyeva deyib.

O, bildirib ki, çimərlik mövsümü ilə əlaqədar da müraciətlər çox olur və buna görə, xüsusən Bakı kəndlərində təcili yardım briqadaları gecikir.


“İnsanlar təcili yardım çağırarkən düşünməlidirlər ki, mən poliklinikada hansısa sahə həkiminin yardım edə biləcəyi bir məsələdən ötrü briqada çağırıramsa, hansısa yaxınım ağır vəziyyətdə gözləməli olur. Çağırışları hər zaman olduğu kimi çeşidləmə ilə icra edirik. Yəni, birinci növbədə çox ağır vəziyyətdə olan xəstələr üçün briqada göndəririk. Digər yüngül səbəbli çağırışlar isə növbəli şəkildə icra olunur”.

Teqlər: