Səbaildə obyektdə baş vermiş partlayış zamanı xəsarət alanların son durumu AÇIQLANIB

Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış
zamanı xəsarət alanlarla bağlı yeni məlumat yayııb.

AzerTimes-ın məlumatına görə,
Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış
zamanı xəsarət alanlardan hazırda tibb müəssisələrində ümumilikdə,
15 nəfər müalicə alır. Onlardan 12-si TƏBİB-in tabeliyindəki tibb
müəssisələrindədir.

Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün
vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti
stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Son məlumata görə, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində
stasionarda müalicə alan daha 1 nəfər xəstə də ambulator müalicə
üçün evə buraxılıb.

Ümumilikdə, bu gün ambulator müalicə üçün 3 nəfər evə
göndərilib.

Teqlər: