Oğuzda dağətəyi ərazidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində
İdarəetmə Mərkəzinə Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında,
dağətəyi ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən AzerTimes-a bildirilib ki, məlumat qəbul ediləndən dərhal
sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından
mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, təqribən 3 ha sahədə kol-kos və quru ot
yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Yanğının
söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə
Təsərrüfatı Mərkəzinin əməkdaşları da cəlb olunub.

Teqlər: