Səbail və Nərimanov rayonlarında abadlaşdırma işləri aparılır (FOTO)

Paytaxt rayonlarında birgə monitorinqlər davam edir.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai
Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu
çərçivəsində paytaxt rayonlarında birgə monitorinqlərin aparılması
davam etdirilir. Küçə və prospektlərdə, park və məhəllələrdə
keçirilən monitorinqlər zamanı RİİB könüllüləri və icra
hakimiyyətinin əməkdaşları tərəfindən müşahidələr aparılaraq
yaşıllıq zolaqlarının salınması, küçələrin işıqlandırılması, asfalt
örtüklərinin yenilənməsi, abadlıq işlərinin görülməsi, sakinlərin
rahat və təhlükəsiz hərəkəti üçün səkilərin salınması və digər
istiqamətlərdə təkliflər hazırlanır.

Bakı Şəhər İcra Hakimiyyətindən
Trend
-ə verilən məlumata görə, artıq Səbail və Nərimanov
rayonlarında keçirilmiş monitorinqlərin nəticələri ilə bağlı olaraq
bir sıra küçə və prospektlərdə səkilər təmir edilir, ağaclar
budanır, yaşıllıqlar salınır, işıqlandırma sistemləri qurulur və
digər abadlaşdırma işləri aparılır.

Hazırda birgə monitorinq qrupları Yasamal rayonu ərazisində
reydlər keçirir. Növbəti mərhələdə nəticələrdən asılı olaraq
çatışmazlıqların aradan qaldırılması istiqamətində hazırlanan
təkliflərin aidiyyəti qurumlarla əməkdaşlıq əsasında
reallaşdırılması üçün tədbirlər görüləcək.

Teqlər: