“Səbail” “Turan Tovuz”a qalib gəldi

“Səbail” “Turan Tovuz”a qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start verilib.

AzerTimes xəbər verir ki, “Səbail” “Turan Tovuz”u qəbul edib.

Matçın ilk yarısında hesabda 1-0 geri düşən meydan sahibləri ikinci hissədə geridönüş edərək görüşdən 2-1 hesabı ilə qalib ayrılıb.

“Səbail” qələbə sayəsində 21-ci xalını qazanıb və lider “Zirə”yə çatıb. Bölgə təmsilçisi 15 xalla 6-cı pillədə yer alır.

Qeyd edək ki, turun digər qarşılaşmaları 4-5 noyabrda keçiriləcək.

Teqlər: