Səbail rayonunda restoranda yanğın baş verib

Bakı şəhəri Səbail rayonunda ikimərtəbəli restoranda yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 600 m² (hər mərtəbəsi 300 m²) olan ikimərtəbəli restoranın birinci mərtəbəsində tavan 15 m² sahədə və bitişik ümumi sahəsi 15 m² olan dəmir konstruksiyadan ibarət otağın içərisində 2 ədəd kondisioner yanıb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: