“Səbail” böyük hesabla məğlub oldu

“Səbail” böyük hesabla məğlub oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir qarşılaşması baş tutub.

AzerTimes xəbər verir ki, günün birinci matçında “Səbail” “Sumqayıt”ı qəbul edib.

Qarşılaşma qonaqların 4-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, günün digər görüşündə “Qarabağ” “Zirə” ilə üz-üzə gələcək. Turun ilk matçında “Turan Tovuz” “Araz Naxçıvan”a 3:0 hesabı ilə qalib gəlib. Tura avqustun 6-da oynanılacaq “Kəpəz” – “Neftçi” və “Sabah” – “Qəbələ” qarşılaşmaları ilə yekun vurulacaq.

Teqlər: