SDU tələbə qızın bıçaqlanması ilə bağlı açıqlama yaydı

Sumqayıt Dövlət Universiteti (SDU) tələbənin bıçaqlanması ilə
bağlı məsələyə münasibət bildirib.

Trend
Universitetin feysbuk səhifəsinə istinadən xəbər verir ki,
Universitetin qarşısında tələbənin bıçaqlanması ilə bağlı məsələyə
münasibət bildirərək deyib ki, IV kurs tələbələri dərsə gəlmir,
onlar istehsalat təcrübəsində olurlar.

“Məlum hadisə isə aprelin14-də Sumqayıt şəhər Yaşıldərə massivi
ərazisində baş verib. Məlumat üçün bildirək ki, Sumqayıt Dövlət
Universitetinin Fizika və elektroenergetika fakültəsinin IV kurs
(516-cı qrup) tələbəsi Əliyeva Aydan Rövşən qızı aprelin 14-də
istehsalat təcrübəsindən qayıdan zaman Sumqayıt şəhər Yaşıldərə
massivi ərazisində keçmiş nişanlısı, xalası oğlu tərəfindən
bıçaqlanıb. Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb”, –
deyə bildirilib.

Qeyd edək ki, tələbə Əliyeva Aydan Rövşən qızı nümunəvi
tələbələrdən biridir. Hazırda vəziyyəti qənaətbəxşdir.

Teqlər: