Saxta sənədlərlə Azərbaycana daxil olmaq istəyənlərin sayı açıqlanıb

Ötən il saxta sənədlərlə Azərbaycana daxil olmaq istəyən
şəxslərin sayı məlum olub.

AzerTimes-ın
məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə
fəaliyyəti haqqında icmal hesabatda deyilir.

Hesabatda qeyd edilib ki, 2021-ci ildə ümumilikdə 227 nəfər
saxta, 4 nəfər özgəsinə məxsus sənədlə və 3 nəfər gizli şəkildə
dövlət sərhəddini keçməyə cəhd edərkən aşkar edilib və
saxlanılıb.

Onlar barələrində müvafiq qərarlar qəbul edilib.

Teqlər: