Bakıda narkotik qəbul edən sürücü polisə müqavimət göstərdi (FOTO)

Suraxanı rayonunda narkotik vasitələrin təsiri altında
avtomobil
idarə edən, həmçinin polisə müqavimət göstərən sürücü və sərnişin
saxlanılıb.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin
əməkdaşlarının həyata keçirdikləri növbəti profilaktik tədbir
zamanı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən
sürücü və sərnişin müəyyən edilib. Hövsan qəsəbəsində Abşeron rayon
sakini Şəmistan Mirişlinin idarə etdiyi “Chevrolet” maraklı
avtomobil manevr qaydalarını pozduğu üçün ona “saxla” işarəsi
verilib. Amma sürücü polislərə tabesizlik gösdərərək hərəkətini
davam etdirib. Yol polisləri tərəfindən görülən tədbir nəticəsində
sürücü saxlanılıb. Daha sonra sürücü və onun yanında olan sərnişin
İmişli rayon sakini Elnur Novruzlu polis əməkdaşlarına müqavimət
göstərərərk hadisə yerindən yayınmağa çalışıblar. Hər iki şəxs
saxlanılaraq Polis Şöbəsinə gətirilib. İlkin sorğu zamanı sürücü və
sərnişin narkotik vasitə qəbul etdiklərini bildiriblər. Təyin
olunan ekspertizanın nəticəsində Şəmistan Mirişli və Elnur
Novruzlunun narkotik vasitənin təsiri altında olduqları məlum
olub.

Araşdırma zamanı həmçinin Şəmistan Mirişlinin nəqliyyat
vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilib.
Sürücü və sərnişin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq
maddəsi ilə protokol tərtib olunub. Onların törətdiyi qanun
pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material
məhkəməyə göndərilib.

Teqlər: