Saxlanılan şəxs polis şöbəsində intihar etdi

Yevlax rayon polis şöbəsində intihar hadisəsi olub.

Baş Prokurorluqdan AzerTimes-a verilən məlumata görə, aprelin 9-u
saat 15 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə
şübhəli şəxs qismində tutularaq Yevlax Rayon Polis Şöbəsinin
müvəqqəti saxlanma yerində saxlanılan 1967-ci il təvəllüdlü İlham
Əsgərovun saxlanma kamerasında intihar etməsi barədə Yevlax rayon
prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma
aparılır.

Teqlər: