Saxlanılan şəxs bölmədə polisin telefonunu oğurladı

Saxlanılan şəxs bölmədə polisin telefonunu oğurladı

Külli miqdarda narkotik maddələrin saxlanılması ilə məsuliyətə cəlb edilən Orxan Mustafayevin cinayət işinin məhkəmə baxışı keçirilib.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Orxan Mustafayevin saxlanılmasında iştirak edən Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin əməkdaşları şahid qismində iştirak ediblər.

Əməliyyatçı məhkəmədə ifadəsi zamanı vurğulayıb ki, Orxan Mustafayev Xətai rayonunun ərazisində saxlanılıb bölməyə gətirilərkən ifadəsi alındıqdan sonra bəlli olub ki, o, bölmədə əməliyyatçının otağında olarkən polis əməkdaşlarından birinə məxsus mobil telefonun oğurlayıb.

Onun bu əməli cinayət işinə əlavə olunmasa da, Orxan Mustafayev barəsində külli miqdarda narkotik maddələrin qanunsuz saxlanılması maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Teqlər: