Britaniya müdafiəyə əlavə 3,7 milyard ayırır

Britaniya müdafiəyə əlavə 3,7 milyard ayırır

Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivs əlavə olaraq milli silahlı qüvvələrə təxminən 3 milyard funt sterlinq (3,7 milyard dollar) ayırmaq niyyətindədir.

AzerTimes xəbər verir ki, bu barədə “Deyli Teleqraf” qəzeti məlumat yayıb.

Britaniyalı nazir bildirib ki, birdəfəlik həyata keçiriləcək ödəniş Leyboristlər hökumətinin büdcə müraciəti zamanı açıqlanacaq.

Nəşr qeyd edib ki, əlavə 2,9 milyard funt-sterlinq maliyyə paketinin 400 milyon funt-sterlinqi hərbi qulluqçuların maaşlarının 6% artırılmasına yönəldilməlidir:

“Vəsait həm də Ukraynaya verilmiş silah ehtiyatlarının bərpası üçün istifadə olunacaq. Rivs müdafiə xərclərinin uzunmüddətli artımı ilə bağlı heç bir açıqlama verməyəcək. Onlar hazırkı səviyyədə – ÜDM-in təxminən 2,3%-i səviyyəsində qalacaq”.

Teqlər: