“Saudi Aramco” dünyanın ən bahalı şirkəti olub

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan “Saudi Aramco”
dünyanın ən bahalı şirkəti olaraq, “Apple” şirkətini geridə
qoyub.

Trend xəbər
verir ki, bu barədə “Bloomberg” agentliyi yazır.

Məlumata görə, “Saudi Aramco”-nun səhmlərinin bahalaşmasının
əsas səbəbi kimi dünyada neft qiymətlərinin artması və güclənən
inflyasiya olub.

Belə ki, çərşənbə günü “Saudi Aramco”- nun bazar
kapitalizasiyası 2020-ci ildən bəri ilk dəfə “Apple”-in eyni
göstəricisini üstələyərək təxminən 2.43 trilyon dollara bərabər
olub. Bu şirkətin tarixində ən yüksək rəqəmdir.