Satış yarmarkalarının təşkili və daşınma və ticarət şəbəkələrinə daxilolma xərcləri optimallaşdırılacaq

Satış yarmarkalarının təşkili, daşınma-logistik və ticarət
şəbəkələrinə daxilolma xərclərinin optimallaşdırılmasına dair
tapşırıqlar verilib.

AzerTimes xəbər verir
ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Azərbaycan
Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə
bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamda əksini
tapıb.

Sərəncama əsasən, hökumətin müvafiq qurumlarına tapşırıq verilib
ki, kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışının
yarmarkalarda daha səmərəli təşkili, özəl tədarük-satış bazalarının
və logistik mərkəzlərin inkişaf etdirilməsi üçün tədbirlər
görsünlər.

Eyni zamanda, yerli istehsal edilən və idxal olunan kənd
təsərrüfatı və ərzaq məhsullarının daşınma-logistika xərclərinin
optimallaşdırılması məqsədilə mümkün mexanizmlərin tətbiqi barədə
təklifləri hazırlayıb on beş gün müddətində Nazirlər Kabinetinə
təqdim etməlidirlər.

Teqlər: