Sarsılmaz qardaşlığımızın regionumuzda sülhün ən böyük
təminatçısı olmaqda davam edəcəyinə ürəkdən inanıram.
Trend xəbər verir ki, bu barədə Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Müstəqillik Günü
münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda
bildirilib.
“Bir millət, iki dövlət” şüarı ilə davam etdirdiyimiz mükəmməl
səviyyədəki əlaqələrimizi Şuşa Bəyannaməsinə uyğun olaraq
müttəfiqlik iradəsi ilə gücləndirdiyimizə görə məmnunluq hissi
keçirirəm. Ortaq səylərimiz, nümunəvi həmrəyliyimiz və sarsılmaz
qardaşlığımızın keçmişdə olduğu kimi, gələcəkdə də regionumuzda
sülhün, rifahın və sabitliyin ən böyük təminatçısı olmaqda davam
edəcəyinə ürəkdən inanıram”, – deyə məktubda qeyd olunub.