Şarl Mişeldən Kobaxidzeyə: Bu şansı qaçırmayın!

Şarl Mişeldən Kobaxidzeyə: Bu şansı qaçırmayın!

Avropa Birliyi (AB) Şurasının Prezidenti Şarl Mişel və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə Ş.Mişel sosial şəbəkədə bildirib.

“Kobaxidze ilə telefon danışığında Gürcüstanda baş verən son hadisələri müzakirə etdim və AB-nin öz ölkələrinin Avropa gələcəyini birinci yerə qoyan bütün gürcülərə tam dəstəyini təsdiqlədim”, – Mişel yazıb.

Onun sözlərinə görə, Gürcüstan vətəndaşlarının açıq demokratik və plüralist cəmiyyət çağırışına qulaq asmaq lazımdır və ölkənin həqiqi dialoqa ehtiyacı var.

“Gürcüstanın gələcəyi AB-yə məxsusdur. Bu tarixi şansı qaçırmayın”, – Mişel vurğulayıb.

Teqlər: