“Sarallar” əməliyyatı: Türk iş adamı həbs edildi

“Sarallar” əməliyyatı: Türk iş adamı həbs edildi

Ötən gün “Sarallar” əməliyyatında saxlanılan şübhəlilər arasında olan iş adamı Ərdal Acar həbs edilib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Əməliyyatlar zamanı aralarında Ərdal Acarın da olduğu 122 şübhəli yaxalanıb. İş adamı, “Beşiktaş” İdman Klubunun keçmiş meneceri Ərdal Acarın “cinayət törətmək üçün təşkilat yaratmaq” və “talançılıq” ittihamları ilə həbs olunması tələb edilib.

Ünvanlarda aparılan axtarışlar zamanı 46 sənədsiz tapança, 55 güllə darağı, 6 ov tüfəngi, qələm şəkilli sui-qəsd silahı, səsboğucu, min güllə, polad jilet, çoxlu çek, veksel və rəqəmsal materiallar, 900 min dollar və 413 min avro aşkar edilib.

Teqlər: