Sankt-Peterburqda yanğın nəticəsində 2 nəfər həyatını itirib

Rusiyanın Sankt-Peterburq şəhərinin Kurortnı rayonunda baş verən yanğın nəticəsində iki nəfər həyatını itirib.

Trend xəbər verir ki, bu barədə Rusiya FHN-nin şəhər üzrə idarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Torfyanaya küçəsində yerləşən tərk edilmiş evdə 2-ci mərtəbə və çardaq yanıb. Hadisə yerinə gələn xilasedicilər yanğını söndürüb.

Qurbanların cəsədləri binanın daxilində tapılıb.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Teqlər: