Çin yüksək sürətli qlayder istifadə etməklə hipersəs silahını sınaqdan keçirib

Çin iyun ayında hipersəs raketini səsdən beş qat sürətlə hərəkət edən planer və ya qalyder istifadə etməklə sınaqdan keçirib.

Trend xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazır. Bildirilir ki, Cənubi Çin dənizi üzərində sınaqlar zamanı hipersəs planerdən hava-hava raketi ayrılıb.

Həmçinin qurğulanır ki, mütəxəssislər Çinin hipersəs sürətlə hərəkət edən aparatdan raket buraxmaq üçün fizika qanunlarının qoyduğu məhdudiyyətləri necə keçə bildiyini hələ aydınlaşdıra bilməyiblər.

Ekspertlər hesab edirlər ki, bu texnologiya indiyədək heç bir ölkə tərəfindən istifadə olunmayıb.