Sankt-Peterburqda bu miqrantların patentləri ləğv edilir

Sankt-Peterburqda bu miqrantların patentləri ləğv edilir

Sankt-Peterburqda Rusiyada işə düzəlməyən miqrantların patentləri ləğv edilir.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Leninqrad vilayəti üzrə bölməsi məlumat yayıb.

Məlumata görə, aprelin 1-dən Sankt-Peterburqun miqrasiya xidməti ilin əvvəlində bölgəyə gələn, lakin iş tapa bilməyən miqrantların patentlərinin ləğvi proseduruna başlayıb.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, Rusiyaya işləmək üçün gedən əcnəbilər iki ay müddətində iş tapmalı və bu barədə miqrasiya xidmətinə məlumat verməlidirlər.

Teqlər: