Rusiyaya qarşı tətbiq edilən sanksiyalar onun iqtisadiyyatını sarsıda bilmədi və bununla da Qərb ölkələrinə ziyan vurdu.
AzerTimes xəbər verir ki, bu sözləri köşə yazarı Filip Pilkinqton deyib.
“Sanksiyalar bizə ziyan vurur, Rusiyaya və onun müttəfiqlərinə fayda verir. Nəyisə dəyişməliyik. Bizə yeni yanaşma lazımdır. Rusiya açıq şəkildə enerjinin yüksək qiymətlərindən faydalandığı üçün biz bu qiymətləri aşağı salmağa çalışmalıyıq”, – Pilkinqton deyib.