Frankfurt-Astana reysi üzrə uçan təyyarə Bakıya eniş etdi

Frankfurt-Astana reysi üzrə uçan təyyarə Bakıya eniş etdi

“Lufthansa” aviaşirkəti Frankfurt-Astana marşrutu üzrə DLH-646 reysini yerinə yetirən təyyarəsini ehtiyat hava limanı – Heydər Əliyev Beynəlxalq Aeroportuna yönləndirib.

Bu barədə AzerTimes-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

Buna səbəb təyinat hava limanında əlverişsiz hava şəraiti olub.

“Airbus A330” təyyarəsi yerli vaxtı ilə saat 20:50-də Bakı hava limanına uğurla eniş edib.

Teqlər: