Sanksiyalar Belarusun Aİ və Şimali Amerikaya ixracını 16-18 milyard dollar azaldıb

Bu yaxınlarda Belarusa qarşı tətbiq edilən iqtisadi sanksiyalar
bu ölkədən Aİ və Şimali Amerikaya ildə 16-18 milyard dollar
həcmində ixracın qarşısını alıb.

Trend xəbər verir ki, bunu ölkənin baş naziri Roman Qolovçenko “Al Arabiya” telekanalına müsahibəsində deyib.

“Qərb sanksiyaları Belarusdan Aİ və Şimali Amerikaya ildə 16-18
milyard dollar həcmində ixracın qarşısını alıb”, – deyə baş nazir
bildirib.

R.Qolovçenko ölkəsi üçün iqtisadi itkilərin müvəqqəti olacağını
və Belarus ixracının sürətlə Şərqə istiqamətlənəcəyini
vurğulayıb.