Şamxani Qriqoryanla Zəngəzuru müzakirə etdi

Şamxani Qriqoryanla Zəngəzuru müzakirə etdi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə İrəvanda görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.

Məlumata görə, Ermənistan-İran iqtisadi əlaqələri və konkret olaraq Zəngəzurun inkişafı kontekstində İranın Çabahar limanının əhəmiyyəti xüsusi vurğulanıb. Hər iki tərəf Meğri azad iqtisadi zonası və Şimal-Cənub dəhlizi çərçivəsində əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.

Armen Qriqoryan Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesindən danışıb, Zəngəzur ilə bağlı “dəhliz məsələsi”nin müzakirə olunmadığını vurğulayıb. Əli Şamxani isə qeyd edib ki, dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə əməl edilməlidir.

Qeyd edək ki, Şamxani İrəvanda səfərdədir.

Teqlər: