Samuxda qanunsuz silah saxlayan şəxslər məsuliyyətə cəlb edildi

Samux rayon Polis Şöbəsinin əməkdaşları rayonun Nəbiağalı qəsəbə sakinləri İsgəndər Məmmədovdan 16 kalibirli müvafiq sənədləri olmayan tək lüləli, istifadəyə yararlı “TOZ” markalı tüfəng, Qurban Məmmədovdan isə 1 ədəd 16 kalibirli, tək lüləli tüfəng aşkar edərək götürüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, hazırda faktlarla bağlı RPŞ-nin Təhqiqat Qrupunda araşdırmalar davam etdirilir.

Teqlər: