Samuxda həmyerlisini öldürən şəxsin işi məhkəməyə göndərildi

Xəbər - Samir Əli – Trend:

Samux rayonunda qəıtl hadisəsi törədən şəxsin cinayət işinin istintaqı yekunlaşıb.

AzerTimes-ın məlumatına görə, qətl hadisəsini törətməkdə təqsirləndirilən Vüqar Həsənovun işi bağxılmaq üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nural Əliyevin icratına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə müəyyən ediləcək.

Xatırladaq ki, Samux rayon prokurorluğunun məlumatına görə, martın 1-də saat 13 radələrində Samux rayonu, Sərkar kənd sakini 1991-ci il təvəllüdlü Məmmədov Elşən Rövşən oğlunun çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1991-ci il təvəllüdlü Həsənov Vüqar Adil oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Elşən Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Samux rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Vüqar Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Teqlər: