Samux sakini həmyerlisini qətlə yetirib

Aprelin 18-i saat 23 radələrində Samux rayonu, İstixana qəsəbə
sakini, 1983-cü il təvəllüdlü Elşən Sadıqovun öldürülməsi barədə
rayon prokurorluğuna məlumat daxil olub.

Samux rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, aparılmış
araşdırmalarla zərərçəkmişin həmyerlisi, 1973-cü il təvəllüdlü
Habil Qasımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış
mübahisə zamanı Elşən Sadıqovun ürək nahiyəsinə bıçaqla xəsarət
yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən
edilib.

Faktla bağlı Samux rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.

Habil Qasımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Teqlər: