Samirə qazandığı pulları onlara bağışladı

Samirə qazandığı pulları onlara bağışladı

Azərbaycanlı müğənni Samirə Əfəndi “Panten Qızıl Kəpənək: Azərbaycanın parlayan ulduzu” mükafatını qazanıb.

AzerTimes xəbər verir ki, müğənni mükafatı alarkən qalibiyyət çıxışında burada əldə etdiyi bütün gəlirləri iki istiqamətdə bağışlayacağını bildirib.

S.Əfəndi gəlirin bir hissəsini Türkiyədə 2023-cü ilin fevral ayında baş verən zələlədə hər iki valideynini itirən uşaqlara, digər hissəsini isə II Qarabağ müharibəsində şəhid olan qəhrəmanların övladlarına dəstək üçün bağışlayacağını açıqlayıb. Müğənninin açıqlaması alqışlarla qarşılanıb.

Qeyd edək ki, Türkiyədə keçirilən mərasimdə Azərbaycanın parlayan ulduzu kateqoriyası üzrə tanınmış aparıcı və aktrisa Kəmalə Priyeva, həmçinin tanınmış bloger Nəcibə Əhmədi də mükafata layiq görülüblər. “Panten Qızıl Kəpənək” mükafatlarını məşhurlara stilist Anar Ağakişiyev təqdim edib.

Teqlər: