Samir Şərifovun birinci müavini vəfat edib

Maliyyə naziri Samir Şərifovun birinci müavini İlqar Fəti-zadə
vəfat edib.

Bu barədə AzerTimes-a Maliyyə
Nazirliyindən məlumat verilib. İlqar Fəti-zadə 66 yaşında
xəstəlikdən dünyasını dəyişib.

O, 1980-1984-cü illərdə Azərbaycan SSR Maliyyə Nazirliyində baş
iqtisadçı, şöbə rəisi vəzifələrində işləyib. 1988-ci ildə Maliyyə
Nazirliyinin Dövlət orqanlarının maliyyələşdirilməsi idarəsinin
rəisi vəzifəsinə təyin olunub. 1992-ci ilin aprel ayında maliyyə
nazirinin müavini, dekabr ayında isə Dövlət Sosial Müdafiə Fondu
sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

1999-cu ildən maliyyə nazirinin birinci müavini olub.

Teqlər: