Azərbaycanda “AVRO-5” standartlarına uyğun benzin istehsalının başlayacağı vaxt açıqlanıb

Azərbaycanda 2022-ci ilin birinci yarısında “AVRO-5”
standartlarına uyğun dizel yanacağının, 2023-cü ilin ortalarından
etibarən “AVRO-5” standartlı benzin istehsalının başlaması nəzərdə
tutulub.

Trend-in
məlumatına görə, bunu SOCAR-ın “Downstream Management” şirkətinin
Baş direktorunun müavini Emil Alxaslı Heydər Əliyev adına Neft
Emalı Zavodunun (NEZ) “Modernizasiyası və yenidənqurulması”
layihəsinə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, NEZ-in modernləşdirilməsi üzrə işərə
2026-cı ilədək davam etməsi planlaşdırılır.

“Layihə çərçivəsində tikinti işlərinin birinci mərhələsini
2023-cü ilin sonunadək başa çatdırmaq planlaşdırılır”, – E.Alxaslı
deyib.

Teqlər: