Şamaxıda şəxs qohumunu güllələdi

Şamaxıda şəxs qohumunu güllələdi

Dekabrın 21-də saat 18:30 radələrində şəxsi münasibətlər zəminində 1990-cı il Manafov Saday Əlismayıl oğlu tərəfindən 1979-cü il təvəllüdlü Feyzullayev Rəfail Qərib oğlu odlu silahla qətlə yetirilib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə S.Manafov hadisədən sonra intihara cəhd edib və cəhdin qarşısı alınıb.

O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd olunub ki, S.Manafov polis əməkdaşıdır.

***

Polis əməkdaşı tərəfindən güllələnən Feyzullayev Rəfail Qərib oğlu dünyasını dəyişib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Teqlər: