Bakı ilə qarşılıqlı əlaqələrin inkişafında maraqlıyıq – Qruşko

Bakı ilə qarşılıqlı əlaqələrin inkişafında maraqlıyıq – Qruşko

Rusiya Azərbaycanla qarşılıqlı münasibətlərin inkişafında maraqlıdır.

AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşündə deyib.

O, Rusiya və Azərbaycanda arasında mövcud olan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin əhəmiyyətindən danışıb, ölkələrin beynəlxalq təşkilatlarda əməkdaşlığını yüksək qiymətləndirib.

XİN başçısının müavini 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanatın bütün müddəalarının həyata keçirilməsinin və tezliklə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini qeyd edib.

O, həmçinin Rusiya və Azərbaycan arasında parlamentlərarası münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyətindən danışıb.

Teqlər: