Şamaxıda maşın dərəyə aşdı: qadın öldü

Şamaxıda maşın dərəyə aşdı: qadın öldü

Şamaxıda avtomobil dərəyə aşıb, qadın ölüb.

AzerTimes xəbər verir ki, hadisə noyabrın 16-da Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 108-ci kilometrliyində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Emil Rafail oğlu Əkbərli idarə etdiyi “Şevrolet Kruz” markalı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yoldan sağa çıxaraq dərəyə aşıb. Nəticədə avtomobildə olan sərnişin, 2000-ci il təvəllüdlü Suğra Mirağa qızı Əkbərli aldığı xəsarətlərdən noyabrın 17-si saat 02:30 radələrində xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: